Loading

Audit xidməti

Audit xidməti

Audit xidməti və audit olunmuş maliyyə hesabatları hər bir müəssisənin təsisçisi, direktoru, biznes tərəfdaşları, investorları və həmin maliyyə hesabatlarının digər istifadəçiləri üçün çox önəmlidir. Çünki müstəqil audit yoxlaması və maliyyə hesabatları üzrə bildirilmiş auditor rəyi maliyyə hesabatlarının istifadəçiləri üçün həmin hesabatların doğruluğu barədə əminliyi təmin edir.

Auditin nəticələri sayəsində siz müəssisənizin mühasibat uçotunda, maliyyə hesabatlığında və daxili nəzarət sistemində olan çatışmazlıqları və səhvləri aradan qaldıra bilərsiniz.

Şirkətimizə 30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən audit fəaliyyəti göstərilməsi üçün AT/153 saylı lisenziya verilmişdir.

Əməkdaşlıq etdiyimiz müəssisələr üçün

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS); və ya
  • Milli Mühasibat Uçotu Standartları (MMUS)

əsasında hazırlanmış maliyyə hesabatlarının auditor yoxlamasını həyata keçirir və həmin maliyyə hesabatları üzrə müstəqil auditor rəyi bildiririk.

“NZA AUDİT” MMC 01 aprel 2016-cı ildə “NZA Consulting” MMC adı ilə qeydiyyatdan keçmişdir. Yarandığı gündən etibarən əməkdaşlıq etdiyi müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrə mühasibatlıq, vergi və maliyyə üzrə məsləhətlər sahəsində xidmətlər göstərir. 2018-ci ildən etibarən Şirkətin adı dəyişdirilərək “NZA AUDİT” MMC olmuşdur.

Şirkətimiz auditor xidməti göstərmək üçün lisenziya (AT/153 saylı) əldə edərək 30 yanvar 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Auditorlar Palatasına üzv olmuş və xidmət siyahısına daha bir peşəkar xidməti əlavə etmişdir.

Qarşıya qoyduğumuz məqsəd qısa zamanda Azərbaycanın audit və maliyyə sahəsində xidmət göstərən aparıcı şirkətinə çevrilməkdir.